Dünya ölkələri AZAL-ın Aktaudakı təyyarə qəzası ilə bağlı Azərbaycana başsağlığı verir
İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi Azərbaycana məxsus təyyarənin Qazaxıstanda qəzaya uğramasından sonra Azərbaycan dövlətinə və xalqına başsağlığı verib.
Bu barədə "Azad İran" məlumat yayıb.
Məlumata görə, İsmayıl Bəqai Bakı-Qroznı marşrutu üzrə hərəkət edən "Azərbaycan Hava Yolları"na məxsus təyyarənin Aktau şəhərində qəzaya uğraması ilə bağlı acı hadisəyə toxunaraq Azərbaycan, Rusiya, Qazaxıstan və Qırğızıstan hökumətinə və xalqına, xüsusilə də həlak olanların ailələrinə və yaxınlarına İranın başsağlığını çatdırıb və yaralananlara şəfa arzulayıb.
***18:35
Səudiyyə Ərəbistanı Krallığının Xarici İşlər Nazirliyi Azərbaycana başsağlığı verib.
Bu barədə Səudiyyə Ərəbistanı Krallığının Xarici İşlər Nazirliyinin bəyanatında qeyd edilib.
"XİN Qazaxıstanın qərbində yerləşən Aktau şəhərində Azərbaycan təyyarəsinin qəzaya uğraması ilə əlaqədar həlak olanların ailələrinə, Azərbaycan Respublikası hökumətinə və xalqına Səudiyyə Ərəbistanı Krallığının səmimi başsağlığını bildirir. yaralıların tezliklə sağalmasını diləyir", - bəyanatda bildirilir.
***17:47
Misir "Azərbaycan Hava Yolları"na (AZAL) məxsus təyyarənin Aktau yaxınlığında qəzaya uğraması ilə əlaqədar Azərbaycana başsağlığı verib.
BAKU.WS report-a istinadən istinadən xəbər verir ki, müvafiq məzmunlu sənədi Misir Xarici İşlər Nazirliyi (XİN) yayıb.
"Misir Ərəb Respublikasının hökuməti və xalqı sərnişin təyyarəsinin qəzaya uğraması ilə əlaqədar dost Azərbaycan Respublikasına başsağlığı verir", - XİN-in bəyanatında bildirilib.
Qahirə, həmçinin belə ağır məqamda Bakıya dəstəyini bəyan edib, bütün yaralılara tezliklə sağalmağı arzulayıb. Həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verib.
*** 16:15
İtaliyanın Azərbaycandakı səfirliyi AZAL-a məxsus sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması ilə əlaqədar başsağlığı verib.
BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə səfirliyin "X" hesabında paylaşım edilib.
"Bu gün baş vermiş təyyarə qəzasında həlak olanlara və onların ailələrinə dərin hüznlə başsağlığı veririk. Lazım olan hər cür yardımı göstərməyə hazırıq", - məlumatda qeyd edilib.
Xatırladaq ki, Aktau şəhəri yaxınlığında AZAL-a məxsus Bakı-Qroznı reysini yerinə yetirən təyyarə qəzaya uğrayıb. Məlumata görə, ekipaj üzvləri də daxil olmaqla, təyyarədə olan 67 nəfərdən 32-si qəzadan sağ çıxıb.
*** 16:13
Ukraynanın Bakıdakı səfiri Yuri Qusev "Azərbaycan Hava Yolları"na (AZAL) məxsus təyyarənin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması ilə əlaqədar başsağlığı verib.
BAKU.WS report-a istinadən xəbər verir ki, səfir bununla bağlı sosial şəbəkə hesabında paylaşım edib.
"Ukraynanın Azərbaycan Respublikasındakı səfirliyi dərin hüznlə başsağlığı verir və Ukraynanın Qazaxıstandakı səfirliyi ilə koordinasiyalı şəkildə bu dəhşətli təyyarə qəzası ilə bağlı məlumatları dəqiqləşdirir və hadisəni araşdırır", - səfir yazıb.
Qeyd edək ki, Bakıdan Qroznıya uçan "Azerbaijan Airlines"a məxsus "Embraer" təyyarəsi bu gün Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarənin göyərtəsində 67 nəfər olub. Onlardan 42-si Azərbaycan, 16-sı Rusiya, 6-sı Qazaxıstan, 3-ü isə Qırğızıstan vətəndaşı olub. Hadisə ilə əlaqədar oktyabrın 26-da Azərbaycanda matəm elan edilib.
*** 16:05
Gürcüstanın Azərbaycandakı səfirliyi Qazaxıstanın Aktau şəhəri yaxınlığında "Azərbaycan Hava Yolları"nın (AZAL) təyyarə qəzası ilə əlaqədar başsağlığı verib.
BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə xarici işlər qurumunun "X" sosial şəbəkəsindəki səhifəsində paylaşım edilib.
"Baş vermiş faciə bizi dərindən sarsıtdı. "Azərbaycan Hava Yolları"na məxsus təyyarənin qəzaya uğraması ilə əlaqədar dərin kədər hissi keçirir, həlak olanların ailələrinə, Azərbaycan hökumətinə və xalqına başsağlığı veririk. Yaralılara tezliklə şəfa diləyirik. Bu çətin anlarda ölkəmiz sizinlədir", - məlumatda bildirilib.
*** 15:52
Moldova Prezidenti Maya Sandu "Azərbaycan Hava Yolları"na (AZAL) məxsus təyyarənin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində həlak olanların ailələrinə başsağlığı verib.
BAKU.WS report-a istinadən xəbər verir ki, o, bu barədə "X" sosial şəbəkəsindəki səhifəsində yazıb.
"Qazaxıstanın Aktau şəhəri yaxınlığında "Azərbaycan Hava Yolları"na məxsus təyyarənin qəzaya uğraması bizi dərindən kədərləndirdi. Fikrimiz qurbanların, onların ailələri və zərərçəkənlərin yanındadır. Sağ qalanlara və xilasedicilərə güc diləyirik", - o bildirib.
*** 15:12
Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Bakıdan Qroznıya uçan AZAL-a məxsus təyyarənin Aktau yaxınlığında qəzaya uğraması ilə əlaqədar Azərbaycan və Rusiya liderləri İlham Əliyev və Vladimir Putinə başsağlığı verib.
BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə Özbəkistan liderinin mətbuat xidməti məlumat yayıb.
"Özbəkistan Prezidenti Şavkat Mirziyoyev "Azərbaycan Hava Yolları"na məxsus sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı ilə əlaqədar Azərbaycan Prezidenti İlham Əliyevə və Rusiya Prezidenti Vladimir Putinə başsağlığı verib", - məlumatda qeyd olunub.
Ş.Mirziyoyev yaralılara tezliklə sağalmalarını arzu edib.
*** 15:02
Tacikistan Prezidenti Emoməli Rəhmon "Azərbaycan Hava Yolları"na (AZAL) məxsus təyyarənin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması ilə əlaqədar Azərbaycan Prezidenti İlham Əliyevə başsağlığı verib.
BAKU.WS report-a istinadən xəbər verir ki, İlham Əliyevə ünvanlanan məktubda deyilir:
"Qazaxıstan Respublikasının Aktau hava limanı yaxınlığında "Azərbaycan Hava Yolları"na məxsus sərnişin təyyarəsinin qəzaya uğraması və nəticədə çoxsaylı insan tələfatı barədə xəbəri dərin kədər hissi ilə qarşıladım. Həlak olanların yaxınlarına səmimi qəlbdən başsağlığı verir, xəsarət alanlara tezliklə sağalmalarını arzu edirik".
*** 14:55
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev AZAL-a məxsus təyyarənin Aktau yaxınlığında qəzaya uğraması ilə əlaqədar Azərbaycan Prezidenti İlham Əliyevə başsağlığı verib.
BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə Akordaya (Qazaxıstan Prezident Administrasiyası) məlumat yayıb.
"Azərbaycan Hava Yolları"na məxsus təyyarənin Manqistau vilayətində qəzaya uğraması nəticəsində sərnişinlərin və ekipajın həlak olması barədə faciəli xəbəri dərin kədərlə qarşıladım. Bu ağır itkinin kədərini bölüşür, Sizə, həlak olanların yaxınlarına və doğmalarına, eləcə də bütün Azərbaycan xalqına səmimi-qəlbdən başsağlığı verirəm", - teleqramda deyilir.
Tokayev qeyd edib ki, onun tapşırığına əsasən Qazaxıstan hökuməti tərəfindən dövlət komissiyası yaradılıb: "Bu komissiya xilasetmə əməliyyatı çərçivəsində zəruri tədbirlər görür və bundan sonra da Azərbaycan tərəfinə lazımi dəstək göstərəcək".
*** 14:33
Belçika Krallığının Bakıdakı səfiri Julyen de Frepon (Julien de Fraipont) AZAL-a məxsus sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması ilə əlaqədar Azərbaycana başsağlığı verib.
BAKU.WS xəbər verir ki, bu barədə o, "X"də yazıb.
"Qazaxıstanda təyyarə qəzası xəbəri məni şoka saldı və kədərləndirdi. Biz həlak olanların ailələri ilə həmrəyik",-diplomat qeyd edib.
Xatırladaq ki, Aktau şəhəri yaxınlığında AZAL-a məxsus Bakı-Qroznı reysini yerinə yetirən təyyarə qəzaya uğrayıb. Təyyarədə ekipaj üzvləri də daxil olmaqla 67 nəfər olub. Məlumata görə, onlardan 28 nəfər qəzadan sağ çıxıb.
*** 14:24
Serbiya Prezidenti Aleksandr Vuçiç Qazaxıstanın Aktau şəhəri yaxınlığında "Azərbaycan Hava Yolları"na (AZAL) məxsus təyyarənin qəzaya uğraması ilə əlaqədar Azərbaycana başsağlığı verib.
BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə Aleksandr Vuçiç "X" sosial şəbəkəsindəki hesabında paylaşım edib.
"Qazaxıstandakı təyyarə qəzası xəbərini dərin kədərlə öyrəndim. Prezident İlham Əliyevə, həlak olanların ailələrinə və Azərbaycan xalqına başsağlığı verirəm. Bu çətin anlarda yanınızdayıq", - o qeyd edib.
*** 14:16
Şimali Kipr Türk Respublikasının Prezidenti Ersin Tatar AZAL-a məxsus sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması ilə əlaqədar Azərbaycana başsağlığı verib.
BAKU.WS report-a istinadən xəbər verir ki, o, bu barədə rəsmi "X" hesabında yazıb.
"Bakı-Qroznı reysini həyata keçirən "Azərbaycan Hava Yolları" QSC-yə məxsus sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğradığını böyük kədərlə öyrəndim. Qəzada həyatını itirənlərə Allahdan rəhmət, yaralılara isə şəfa diləyirəm", - paylaşımda qeyd olunub.
*** 13:47
Meksikanın Azərbaycandakı səfirliyi Qazaxıstanın Aktau şəhəri yaxınlığında "Azərbaycan Hava Yolları"na (AZAL) məxsus təyyarənin qəzaya uğraması ilə əlaqədar başsağlığı verib.
BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə səfirliyin "X" sosial şəbəkəsindəki hesabında paylaşım edilib.
"Aktau yaxınlığında AZAL-ın faciəvi qəzası nəticəsində həlak olanların ailələrinə və yaxınlarına başsağlığı veririk. Yaralıların tezliklə sağalmalarını arzulayırıq", - diplomatik nümayəndəliyin məlumatında bildirilib.
Nuestras sentidas condolencias a familiares y amigos de las personas que perdieron la vida en el trágico accidente de Azerbaijan Airlines cerca de Aktau🥀.
— Embamex Azerbaiyán (@EmbaMexAze) December 25, 2024
Deseamos una pronta recuperación para los heridos y que regresen con sus seres queridos.@SRE_mx @mtmercado2002
*** 13:28
Rumıniya Xarici İşlər Nazirliyi Aktau şəhəri yaxınlığında AZAL-a məxsus təyyarənin qəzaya uğraması ilə əlaqədar Azərbaycana başsağlığı verib.
BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə XİN-in "X" sosial şəbəkəsindəki paylaşımında bildirilib.
"Azərbaycan Hava Yolları"na (AZAL) məxsus təyyarənin qəzaya uğraması xəbəri bizi dərindən kədərləndirdi. Düşüncələrimiz və dualarımız zərərçəkənlər və onların ailələrinin yanındadır", - paylaşımda qeyd olunub.
*** 13:14
Gürcüstan Xarici İşlər Nazirliyi AZAL-a məxsus təyyarənin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması səbəbilə Azərbaycana başsağlığı verib.
BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə nazirliyin "X" hesabında paylaşım edilib.
"Onlarla insanın həyatına son qoyan Azərbaycan Hava Yollarına məxsus təyyarənin qəzaya uğraması xəbərini dərin kədərlə qarşılayırıq.
Biz Azərbaycan hökumətinə və xalqına başsağlığı veririk. Bu çətin zamanda Gürcüstan strateji tərəfdaşı Azərbaycanla həmrəydir. Yaralıların tezliklə sağalmasını arzu edirik",-məlumatda qeyd edilib.
Xatırladaq ki, Aktau şəhəri yaxınlığında AZAL-a məxsus Bakı-Qroznı reysini yerinə yetirən təyyarə qəzaya uğrayıb. Təyyarədə ekipaj üzvləri də daxil olmaqla 67 nəfər olub. Məlumata görə, 28 nəfər sağ çıxıb.
*** 13:03
Qırğızıstan Prezidenti Sadır Japarov AZAL aviaşirkətinə məxsus təyyarənin qəzaya uğraması ilə əlaqədar Azərbaycan Prezidenti İlham Əliyevə başsağlığı teleqramı göndərib.
BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə Qırğızıstan dövlət başçısının mətbuat xidməti bildirib.
"Bu gün çoxsaylı insan tələfatı ilə nəticələnən Azərbaycana məxsus sərnişin təyyarəsinin faciəvi şəkildə qəzaya uğraması xəbərini ürək ağrısı ilə qarşıladım. Qırğız Respublikası xalqı adından və şəxsən öz adımdan həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, bu faciə nəticəsində xəsarət alanların tezliklə sağalmalarını arzulayıram. Bu əvəz edilməz itkiyə görə dərd və kədərinizi bölüşürəm", - teleqramda deyilir.
Daha əvvəl Qazaxıstanın Nəqliyyat Nazirliyinə istinadən bildirilib ki, ilkin məlumata görə, Aktau yaxınlığında qəzaya uğrayan təyyarədə 3 Qırğızıstan, 37 Azərbaycan, 6 Qazaxıstan və 16 Rusiya vətəndaşı olub.
*** 13:01
Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif Qazaxıstanın Aktau şəhəri yaxınlığında Azərbaycan hava yollarına məxsus təyyarənin qəzaya uğraması səbəbilə başsağlığı verib.
BAKU.WS xəbər verir ki, bu barədə o "X" hesabında paylaşım edib.
"Azərbaycan təyyarəsinin faciəvi qəzaya uğraması xəbəri dərindən kədərləndirdi. Bu hadisə nəticəsində yaşanan insan itkisi ilə əlaqədar qardaşım Prezident İlham Əliyevə və Azərbaycan xalqına dərin hüznlə başsağlığı verirəm. Düşüncələrimiz mərhumların ailələri ilədir və yaralananların tezliklə şəfa diləyirik. Pakistan Azərbaycanın yanındadır".
Deeply saddened by the news of the tragic crash of an Azeri airliner near Aktau, Kazakhstan. My heartfelt condolences to my dear brother President Ilham Aliyev and the people of Azerbaijan over the loss of precious lives in this incident. Our thoughts are with the families of the…
— Shehbaz Sharif (@CMShehbaz) December 25, 2024
Oxşar xəbərlər
Zaxarova: ATƏT-in Minsk qrupu və onun bütün strukturları ləğv edilməlidir
Minsk konfransının bütün strukturları - Minsk qrupu, yüksək səviyyəli planlaşdırma qrupu, ATƏT-in fəaliyyətdə olan sədrinin Qarabağ məsələsinin həlli üzrə şəxsi...