Təyyarə qəzasında həlak olan qadın xəstə qızını görməyə gedirmiş
"Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən "Embraer 190" təyyarəsi Aktau şəhərinin 3 km yaxınlığında qəza enişi edib.
AZAL-dan bildirilib ki, təyyarənin göyərtəsində 62 sərnişin, 5 ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər olub.
Faciə nəticəsində həyatını itirənlərdən biri Anqubazova Məleykə Murtuzəli qızıdır. O, Balakən rayonunun Meşəşambul kəndindəndir.
BAKU.WS xəbər verir ki, onun əmisi oğlunun Modern.az-a verdiyi məlumata görə, mərhumun bir qız, bir oğlan övladı olub.
"Məleykə təyyarə ilə Qroznı şəhərində yaşayan qızının yanına gedirmiş. Qızı xəstə olduğu üçün onu ziyarət etmək istəyib", - açıqlamada bildirilir.
Qeyd edək ki, Prezident İlham Əliyev qəza nəticəsində həlak olmuş və xəsarət almış şəxslərin ailələrinə müvafiq yardım göstərilməsi barədə tapşırıq verib.
Oxşar xəbərlər
Təyyarənin sol qanadında xəsarət olması ilə bağlı video Kəmaləddin Heydərova təqdim edilib
Fövqəladə hallar naziri Kəmaləddin Heydərov və rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Aktauda qəzaya uğrayan təyyarədən sağ qalan azərbaycanlılara b...