Bakıdan Qroznıya uçan təyyarə QƏZAYA UĞRADI

Bakıdan Qroznıya uçan təyyarə QƏZAYA UĞRADI
Hadisə 11466

"Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən "Embraer 190" təyyarəsi Aktau şəhərinin 3 km yaxınlığında qəza enişi edib.

BAKU.WS bu barədə AZAL-a istinadən xəbər verir.

Məlumata görə, ilkin məlumata görə hadisəyə səbəb hava gəmisinin quş sürüsü ilə toqquşması olub. Hadisə ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək.

Məlumata görə, Aktauda qəza yerinə Qazaxıstan FHN-nin 52 nəfər şəxsi heyəti və 11 texnikası gəlib.

*** 11:15

AZAL-ın Bakıdan Çeçenistanın Qroznı şəhərinə uçan sərnişin təyyarəsi qəzaya uğrayıb.

BAKU.WS xəbər verir ki, bu barədə "Tengri news" agentliyi məlumat yayıb.

İlkin ehtimallara görə qəzaya səbəb quş sürüsünün təyyarəyə çırpılması olub.

Qeyd edək ki, təyyarədə 107 sərnişin, 5 ekipaj üzvü olub.

Son xəbərlər