"Air İndia"da bomba həyəcanı: 135 sərnişin təyyarədən düşürüldü

Air İndiada bomba həyəcanı: 135 sərnişin təyyarədən düşürüldü
Siyasət 41

Hindistanın Mumbay şəhərindən Keralanın Trivandrum şəhərinə uçan "Air India" hava yollarının təyyarəsi bomba təhlükəsi səbəbilə təcili eniş edib və sərnişinlər təxliyə olunub.

Bu barədə NDTV telekanalı məlumat yayıb.

Təyyarədə 135 nəfər sərnişin olub. Enişdən bir saat əvvəl ekipaj komandiri mina təhlükəsi haqqında məlumat alıb və bu barədə təyinat məntəqəsinə xəbər verib. "Trivandrum2 beynəlxalq hava limanında fövqəladə vəziyyət elan olunub.

Təyyarə eniş etdikdən sonra izolyasiya edilmiş əraziyə göndərilib. Sərnişinlər təxliyə olunub və heç kim xəsarət almayıb.

Polis hadisə ilə bağlı araşdırma aparır. Təyyarədə bomba olub-olmadığı və ya təhdidin yanlış olduğu barədə hələlik məlumat verilməyib.

Son xəbərlər