Yaponiyada təyyarələr toqquşub, ölənlər var
Yaponiya Hava Yollarına (JAL) məxsus sərnişin təyyarəsinin Tokionun Haneda hava limanına enərkən toqquşduğu Yaponiya Sahil Mühafizəsi DHC-8 hərbi-nəqliyyat təyyarəsinin altı ekipaj üzvündən beşi həlak olub.
“Report” xəbər verir ki, bu barədə NHK telekanalı məlumat yayıb.
Sahil Mühafizəsinin məlumatına görə, yanan təyyarədən çıxa bilmiş DHC-8 pilotunun vəziyyəti ağırdır. Təyyarə ölkənin zəlzələdən zərər çəkmiş rayonlarına humanitar yardım çatdırmaq üçün uçmağa hazırlaşırdı. Toqquşmanın səbəbləri barədə hələ ki məlumat yoxdur.
Eyni zamanda, ölkənin şimalındakı Sapporo şəhərindən Tokioya uçan JAL təyyarəsində olan 367 sərnişindən heç biri xəsarət almayıb. Onlar evakuasiya olunublar. 12 ekipaj üzvü də həyatı təhlükə altında deyil.
Oxşar xəbərlər
Yaponiyanın "zəlzələ möcüzəsi" - "Gündoğar" ölkə yeraltı təkanlardan necə qorunur? - FOTO
Yaponiya bütün dünyada böyük və sarsıdıcı zəlzələləri ilə tanınır. Lakin bu zəlzələlərin şiddətindən asılı olmayaraq, ölkədə bir nəfər də olsun xəsarət alan yox...