Adı təcavüzdə hallanan Kevin Speysi çəkiliş meydanına qayıdır - FOTO

Adı təcavüzdə hallanan Kevin Speysi çəkiliş meydanına qayıdır - FOTO
Siyasət 83

İllərdir adı təcavüzdə hallanan məşhur aktyor Kevin Speysi yenidən ekranlara qayıdır.

BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, Oskarlı aktyor 7 il fasilədən sonra "The Contract" adlı ekran işində rol alacaq.

O filmdə "Şeytan" obrazına həyat verəcək.

Ekran işi 1997-ci ildə baş rollarında Al Paçino, Şarliz Teron, Kianu Rivz kimi aktyorların çəkildiyi "Şeytanın vəkili" filminin sujet xətti əsasında çəkiləcək.

Yeni filmdə Kevinlə yanaşı, Erik Roberts və Vinsent Spano da rol alacaqlar.

Son xəbərlər