Acun Ilıcalı Avropada futbol klubu almaq istəyir
TV8 kanalının sahibi, məşhur teleaparıcı Acun Ilıcalı CNN Türk-ün suallarını cavablayıb.
BAKU.WS “Haber Global”a istinadən xəbər verir ki, gələcək planlarından danışan Acun “Avropada bir klub ala bilərəm” deyə bildirib:
“İdman kanalı açmağı düşünmürəm. Çünki işlərimiz zatən gərgindir. Bunun gərginliyini qaldıra bilirəm. Amma idman sahəsindəki gərginlik bundan 10 qat daha çox olacaq. Əgər Türkiyədə futbolda olan neqativ təsirlər azalarsa, bu barədə düşünə bilərəm. Bundan başqa, “Fənərbağça” və “Ərzurumspor” nə istəyərsə, edərəm. Gələcəkdə isə Avropada yaxşı bir liqadan klub ala bilərəm”.
Fanatik “Fənərbağça” azarkeşi olan Acun bu klub haqqında verilən suallara belə cavab verib:
“Mən bu kluba kimisə gətirərəm deyə bilmərəm. Məsut Özilin “Arsenal”la hələ 1 il müqaviləsi var. Müqaviləsi bitəndən sonra ən optimal seçim “Fənərbağça” olacaqdır. Bu məsələdə əlimdən gələni də edərəm”.
Oxşar xəbərlər
Məsut Özil ata oldu - FOTO
Türk əsilli alman futbolçu Məsut Özilin qız övladı dünyaya gəlib. BAKU.WS xəbər verir ki, Özil həyat yoldaşı Amine Gülşe və qızı ilə çəkdirdiyi fotonu sosial şə...