Acun Ilıcalı “Fox TV”ni məhkəməyə verdi - Oğurluq iddiası ilə
Məşhur teleaparıcı və “TV 8” kanalının sahibi Acu Ilıcalı “Fox TV” və “Dual Film İstehsal Şirkəti”ni məhkəməyə verib.
BAKU.WS “Posta”ya istinadən xəbər verir ki, Acun iddia ərizəsində onun sahibi olduğu kanalda yayımlanan “Yemekteyiz” verilişinin formatının oğurlandığını qeyd edib.
Onun iddiasına görə, hazırda həmin verilişlə eyni formatda “Fox TV”də “Zuhal Topalla süfrədə” verilişi yayımlanır.
Acun məhkəməyə müraciət edərək bu verilişin yayımının dayandırılmasını tələb edib.
İddiya cavab olaraq “Fox TV”dən bildirilib ki, “Zuhal Topalla süfrədə” verilişi xaricdə yayımlanan “Momsters” adlı verilişinin formatından götürülüb.
Oxşar xəbərlər
Həyat yoldaşı Necati Şaşmazın sirrini açdı - Demə “Polad” ABŞ-da … - FOTO
“Kurtlar Vadisi” serialındakı Polad Ələmdar rolu ilə məşhur olan Necati Şaşmaz ailə məsələsilə yenidən gündəmə gəlib. BAKU.WS Türkiyə mətbuatına istinadən xəbər...