ABŞ rəsmi olaraq Pekin Olimpiadasını diplomatik boykot elan etdi

06
dek
2021
23:19
ABŞ rəsmiləri Pekin Qış Olimpiya Oyunlarında iştirak etməyəcək.
BAKU.WS “Report”a istinadən xəbər verir ki, bunu Ağ Evin sözçüsü Cen Psaki jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, Çin Xalq Respublikasında insan haqları pozuntularını nəzərə alaraq, Bayden administrasiyası 2022-ci ildə keçiriləcək Pekin Qış Olimpiya və Paralimpiya Oyunlarına diplomatik və ya rəsmi nümayəndə heyəti göndərməyəcək.
O, diplomatik boykotun amerikalı idmançıların Olimpiadada iştirakına təsir etməyəcəyini vurğulayıb: “ABŞ komandasının idmançılarını evdə yüz faiz dəstəkləyəcəyik”.
Oxşar xəbərlər
Kim Çen Inın səhhətindəki problemlər üzə çıxdı
Koreya Xalq Demokratik Respublikasının (KXDR) lideri Kim Çen Inın səhhətindəki problemlərin üstü açılıb. BAKU.WS xəbər verir ki, bu barədə "38 North" nəşri yazı...
