ABŞ İran XİN rəhbərini Vaşinqtona buraxmadı
26
sen
2023
08:54
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
ABŞ hökuməti İranın xarici işlər naziri Hüseyn Əmir-Abdullahianın keçən həftə Vaşinqtona səfər etmək xahişini rədd edib.
Bu barədə Dövlət Departamentinin mətbuat katibi Metyu Miller jurnalistlərə bildirib.
“İranın ABŞ vətəndaşlarını qanunsuz olaraq həbs etməsini və İran hökumətinin terrorizmə sponsorluq etdiyini nəzərə alaraq, biz bu xahişin yerinə yetirilməsini nə məqsədəuyğun, nə də zəruri hesab etmirik”, - deyə o bildirib.//Azad İran
Oxşar xəbərlər
Mirzoyanın Tehran səfərində nələr oldu? - VİDEO
İyulun 24-də Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan iranlı həmkarı Hüseyn Əmir-Abdullahianın dəvəti əsasında Tehrana səfər edib. Nazirlər nümayəndə he...