ABŞ müharibə vaxtı Ukraynaya kəşfiyyat məlumatları ötürüb
ABŞ-ın müdafiə naziri Lloyd Ostin ilk dəfə açıq şəkildə bəyan edib ki, ABŞ Ukrayna Silahlı Qüvvələrinə Donbasda əməliyyatlar aparmaq üçün kəşfiyyat məlumatları təqdim edir.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, o bunu ABŞ Senatının Silahlı Qüvvələr Komitəsində çıxışı zamanı deyib.
O, həmçinin vurğulayıb ki, ABŞ Ukraynanın bölgədə Rusiya hərbçilərinə qarşı hücumlar həyata keçirməsinə mane olmur.
Xatırladaq ki, aprelin 6-da ABŞ dövlət katibi Entoni Blinken bildirmişdi ki, Amerika tərəfi Ukraynaya onun ərazisində yerləşən hər bir rus tankı üçün 10 tank əleyhinə sistem vermək niyyətindədir.
Oxşar xəbərlər
Şoyqu fevraldan bəri amerikalı nazirin zənglərinə cavab vermir
ABŞ-ın müdafiə naziri Lloyd Ostin fevral ayından etibarən Rusiyanın müdafiə naziri, ordu generalı Sergey Şoyqu ilə müntəzəm olaraq əlaqə saxlamağa cəhd etdiyini...