ABŞ Konqresindəki iğtişaşlar zamanı 50-dən çox polis əməkdaşı xəsarət alıb
ABŞ-da Kapitoli binası ətrafında baş vermiş iğtişaşlar zamanı 50-dən çox hüquq-mühafizə orqanı əməkdaşı xəsarət alıb. Onlardan bir neçəsi ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, bunu Kapitoli polisinin rəhbəri Stiven Sand öz açıqlamada bildirib.
“Kapitoli və paytaxt polisinin 50-dən çox əməkdaşı xəsarət alıb. Bir neçə Kapitoli polisi ağır xəsarətlə xəstəxanaya yerləşdirilib”, - Sandın açıqlamasında belə deyilir.
İğtişaşlar zamanı saxlanılan şəxslərin ətrafında araşdırmalar gedir. Polis müşahidə kameraları əsasında iğtişaşların digər iştirakçılarını da müəyyən etməyə çalışır.
Konqresdəki iğtişaşlar zamanı qadını güllələyərək öldürən polis əməkdaşı istintaq müddətində işindən kənarlaşdırılıb.
Oxşar xəbərlər
Son 200 ildə ilk dəfə: Etirazçılar Kapitolini ələ keçirdilər - FOTO
ABŞ-ın hazırkı prezidenti Donald Trampın minlərlə tərəfdarı Kapitoli yaxınlığında etiraz aksiyaları təşkil edib. BAKU.WS xəbər verir ki, Trampın tərəfdarları da...