ABŞ hərbçilərini Suriyadan çıxarmağa başlayıb

13
okt
2019
20:23
ABŞ minə qədər hərbçisini Suriyadan çıxarmağa başlayıb.BAKU.WS "azərtac"a istinadən xəbər verir ki, bu barədə ABŞ Müdafiə naziri Mark Esper CBS telekanalına müsahibəsində deyib.O bildirib ki, Türkiyə əməliyyatları cənub və qərb istiqamətində genişləndirmək niyyətindədir. Buna görə də, ABŞ Prezidenti Donald Tramp qoşunları Suriyanın şimalından çıxarmaqla bağlı qərar verib. Söhbət min ABŞ hərbçisindən gedir.Qeyd edək ki, Türkiyə ordusu və müxalif Suriya Milli Ordusu oktyabrın 9-da Suriyanın şimalında YPG/PKK terrorçularına qarış “Barış çeşməsi” əməliyyatına başlayıb. İndiyədək 42 kənd terrorçulardan azad edilib.
Oxşar xəbərlər
Türkiyə Ordusu Resulayn şəhərini terrorçulardan təmizləyib
Türkiyə Silahlı Qüvvələri Suriya Milli Ordusu ilə birgə Suriyanın Resulayn şəhərini terrorçu PKK/YPG-PYD qruplaşmasından tam azad edib.BAKU.WS-in məlumatına gör...
