ABŞ bu ölkəyə “F-35” satmağa razılıq verdi
ABŞ Dövlət Departmaneti Sinqapura “F-35” təyyarələrinin 5-ci nəsil B modelini satmağa razılıq verib.
BAKU.WS “Anadolu” agentliyinə istinadən xəbər verir ki, müqaviləyə əsasən Sinqapura ümumi dəyəri 2 milyard 750 milyon dollar olan 12 ədəd “F-35B” satılacaq.
Bundan başqa, ehtiyat mühərrik, elektronik harp sistemi, nəzarət aparatları və sair avadanlıq da satış siyahısına daxil edilib.
Razılaşmanın qüvvəyə minməsi üçün ABŞ Konqresinin 30 gün ərzində etiraz etməməsi lazımdır.
Qeyd edək ki, ABŞ 8 ölkə ilə birlikdə “F-35” təyyarələrini üç versiyada hazırlayır.
“F-35A” təyyarələri normal uçuş zolaqlarına eniş-qalxış edə bilir.
“F-35B” təyyarələri qısa məsafəli uçuş zolaqlarından qalxa bilir və şaquli vəziyyətdə eniş edə bilir.
“F-35C” təyyarələri isə donanma üçün istehsal edilib və gəmilərə eniş edə bilir.
Oxşar xəbərlər
Türkiyədə təyyarə təhlükəli eniş etdi - Hava limanı bağlandı
Türkiyənin İstanbul şəhərindəki Sabiha Gökçən hava limanında hadisə baş verib. BAKU.WS “Anadolu” agentliyinə istinadən xəbər verir ki, Birləşmiş Ərəb Əmirliklər...