ABŞ Venesuela parlamentinin sədri Xorxe Rodriqesə qarşı sanksiyaları ləğv edib
ABŞ Prezidenti Donald Trampın administrasiyası Venesuela parlamentinin sədri, ölkənin prezident vəzifəsini icra edən Delsi Rodriqesin qardaşı Xorxeyə qarşı sanksiyaları ləğv edib.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyinin saytındakı məlumatda bildirilib.
Qərar Xarici Aktivlərə Nəzarət İdarəsi (OFAC) tərəfindən qəbul edilib və Xorxe Rodriqes sanksiya siyahısından çıxarılıb.
O 2021-ci ildən Venesuela parlamentinə rəhbərlik edir. Delsi Rodriqes və qardaşı Donald Trampın birinci prezidentlik müddətində, 2018-ci ilin sentyabrından ABŞ sanksiyaları altında idilər.
Delsi Rodriqes bu ilin yanvarında Nikolas Maduronun ABŞ tərəfindən hakimiyyətdən kənarlaşdırılmasından sonra ölkəyə rəhbərlik etməyə başlayıb. Aprel ayında Vaşinqton Delsi Rodriqesə qarşı da sanksiyaları ləğv edib.
Oxşar xəbərlər
Çinin xarici işlər naziri: Azərbaycan Orta Dəhlizdə mühüm mövqeyə malikdir
Çinin xarici işlər naziri Vanq Yi Azərbaycanın Orta Dəhlizdə mühüm mövqeyə malik dövlət olduğunu vurğulayıb. BAKU.WS xəbər verir ki, o bu barədə Azərbaycana səf...