ABŞ və Ermənistan nümayəndə heyətləri TRIPP layihəsinin reallaşdırılmasını müzakirə ediblər

ABŞ və Ermənistan nümayəndə heyətləri TRIPP layihəsinin reallaşdırılmasını müzakirə ediblər
Siyasət 12

Ermənistan parlamentinin Xarici əlaqələr üzrə daimi komitəsinin sədri Sarqis Xandanyan və ABŞ Konqresinin Xarici əlaqələr komitəsinin nümayəndəsi Lens Kokonos Tramp Marşrutu (TRIPP) layihəsinin icrası prosesini müzakirə ediblər.

BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə Ermənistan parlamentinin mətbuat xidməti məlumat yayıb.

"Görüş zamanı tərəflər TRIPP layihəsinin reallaşdırılmasının vacibliyini müzakirə ediblər, həmçinin yaxın perspektivdə bu istiqamətdə görüləcək gələcək işlər və praktiki addımlar barədə fikir mübadiləsi aparıblar", - deyə məlumatda bildirilir.

Həmçinin tərəflər Ermənistan-Azərbaycan və Ermənistan-Türkiyə münasibətlərinin normallaşması prosesindəki son hadisələrə, eləcə də qarşılıqlı maraq doğuran cari regional məsələlərə xüsusi diqqət yetiriblər.

Xatırladaq ki, 2025-ci il avqustun 8-də Vaşinqtonda ABŞ Prezidenti Donald Trampla üçtərəfli görüşdən sonra Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan münasibətlərin sülh yolu ilə nizamlanması və Naxçıvanla Azərbaycanın digər hissələri arasında nəqliyyat əlaqələrinin yaradılması haqqında birgə bəyannamə imzalayıblar.

Bu layihə "Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu" (TRIPP) adlanır.

Son xəbərlər