ABŞ-İran: Müharibə üfüqdədir

ABŞ-İran: Müharibə üfüqdədir
Video
Siyasət 88

"İranın daxilində və ətrafında vəziyyət gərginləşməkdə davam edir. Bu gün İran zəif tərəfdir. Ölkə 2025-ci ilin iyunundakı 12 günlük müharibə zamanı İsrail HHQ-dən dəhşətli zərbələr alıb.

İsrail İranın hava məkanında tam üstünlük əldə edib, İran isə bu müddətdə bircə dənə də olsun İsrail qırıcısını vura bilməyib. İslam Respublikası cavab raket zərbələri zamanı İsrailə heç bir təsdiqlənmiş hərbi itki yetirə bilmədiyi halda, İsrail tərəfi 20-30 yüksəkrütbəli İran hərbçisini məhv edib və müttəfiqi ABŞ-nin köməyi ilə İranın bir neçə nüvə və müdafiə obyektini dağıdıb".

Bu barədə "Caliber"in "YouTube" kanalında yayımlanan növbəti videosüjetdə qeyd olunur.

"Bu dəfə ABŞ İrana daha böyük qüvvə ilə hücum edə bilər, çünki onlar açıq şəkildə İran üsyanına dəstək vəd edirlər. Bu isə qərar qəbul etmə mərkəzlərinin, həmçinin etirazları yatıran əsas qüvvə olan "Bəsic"in qərargah və bazalarının məhv edilməsi deməkdir. Tramp ölkə əhalisini dövlət müəssisələrini ələ keçirməyə çağırıb və iddia edib ki, kömək artıq yaxındadır. Əgər o bu sözlərdən sonra "Bəsic" bazalarına və idarəetmə mərkəzlərinə zərbə endirməsə, onun dünyadakı və ABŞ-dəkı nüfuzu sarsıla bilər, İrandakı üsyan isə çox güman ki, boğular.

Trampın zərbə endirmək üçün başqa bir səbəbi də var - o, çoxdan Tehranın uranı zənginləşdirməkdən imtina etməsini tələb edir. Lakin İranın ali rəhbəri Əli Xamenei bu tələblə razılaşmır. Nəhayət, bəlkə də ən vacibi: Venesuela Prezidenti Nikolas Maduronun qaçırılması üzrə uğurlu əməliyyatdan sonra Tramp özünü daha əmin hiss edir və döyüşə atılmağa hazırdır", - deyə materialda bildirilir.

Son xəbərlər