Abel Məhərrəmovun oğlu etimadnaməsini Ollanda təqdim etdi - FOTO
Azərbaycan Respublikasının İspaniya Krallığındakı, eyni zamanda Andorra Knyazlığındakı səfiri Anar Məhərrəmov etimadnaməsini Fransa Respublikasının prezidenti, eyni zamanda Andorra Knyazlığının həmşahzadəsi Fransua Ollanda təqdim etmək üçün Yelisey Sarayında təşkil olunmuş xüsusi mərasimdə iştirak edib.
BAKU.WS AZƏRTAC-a istinadən xəbər verir ki, mərasimdən sonra Anar Məhərrəmov etimadnaməsini Fransua Ollanda təqdim edib. Sonra keçirilən qısa görüşdə səfir A.Məhərrəmov onun etimadnaməsini qəbul etdiyinə görə Fransua Ollanda təşəkkürünü bildirib, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin səmimi salamlarını və xoş arzularını ona çatdırıb.
Fransanın Prezidenti, eyni zamanda Andorranın həmşahzadəsi Fransua Olland səfir A.Məhərrəmovu bu vəzifəyə təyin olunması münasibətilə təbrik edib, ona gələcək fəaliyyətində uğurlar arzulayıb. Azərbaycan Prezidenti İlham Əliyevə salamlarına görə təşəkkürünü bildirən Fransua Olland onun da səmimi salamlarının dövlətimizin başçısına çatdırılmasını xahiş edib.
Görüşdə Andorra Knyazlığının xarici işlər naziri Gilbert Saboya Sunye də iştirak edib.
Qeyd edək ki, səfir Anar Məhərrəmov Bakı Dövlət Universitinin (BDU) rektoru Abel Məhərrəmovun oğludur.
BAKU.WS
Oxşar xəbərlər
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana zəng edib
Fevralın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana telefonla zəng edib. BAKU.WS AZƏRTA...