ABŞ-ın vitse-prezidenti Serj Sarkisyanla danışdı
Mayın 20-də ABŞ-ın vitse-prezidenti Cozef Baydenlə Ermənistan prezidenti Serj Sarkisyan arasında telefon danışığı olub.
APA-nın "Novosti-Armeniya”ya istinadən verdiyi xəbərə görə, bu barədə Ermənistan prezidentinin mətbuat xidmətindən bildiriblər.
"Hər iki tərəf, Qarabağ münaqişəsinin nizamlanması üzrə Vyanada əldə olunmuş razılaşmaların tam və səmərəli həyata keçirilməsinin əhəmiyyətini vurğulayıb. Tərəflər münaqişənin ATƏT-in Minsk qrupunun vasitəçiliyi çərçivəsində yalnız sülh yolu ilə həllinin mümkünlüyünə dair həmrəy olduqlarını vurğulayıblar”, məlumatda deyilir.
Qeyd edək ki, telefon danışığı ABŞ tərəfinin təşəbbüsü ilə keçirilib.
BAKU.WS
Oxşar xəbərlər
Co Bayden İlham Əliyevə zəng etdi
Mayın 20-də Amerika Birləşmiş Ştatlarının vitse-prezidenti Co Bayden Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib. BAKU.WS xəbər ver...