"Sentyabrın 27-si səhər saatlarında Ermənistan Dağlıq Qarabağda yeni təxribatlar törədib".

BAKU.WS xəbər verir ki, bu barədə Moskva bölgəsindəki Azərbaycanlıların Regional Milli Mədəni Muxtariyyətinin açıqlamasında deyilir.

"Erməni hərbçiləri iriçaplı silahlardan, minaatanlardan və top qurğularından Azərbaycan ordusunun bütün cəbhəboyu mövqelərini atəşə tutub. Nəticədə cəbhə bölgəsində mülki əhali arasında itkilər baş verib, yaşayış məntəqələri dağıdılıb.

Bütün soydaşlarımızı təmkinli olmağa, təxribatlara uymamağa, yalnız rəsmi dövlət orqanlarının və medialarının məlumatlarına istinad etməyə çağırırıq.

Xüsusilə gənclərə müraciət edərək xəbərdarlıq edirik ki, köhnə audio-video materiallardan götürülən saxta materialları sosial şəbəkələrdə yayan təxribatçı blogerlərin çağırışlarına uymasınlar".

BAKU.WS