ABŞ lideri: Bu gecə İrana yeni ağır zərbələr endirəcəyik
08
iyl
2026
17:18
ABŞ hərbçiləri elə bu gecə İrana yeni ağır zərbələr endirə bilərlər.
BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp ukraynalı həmkarı Volodimir Zelenski ilə görüşündə jurnalistlərə bildirib.
Trampın sözlərinə görə, İran Hörmüz boğazında olan gəmilərə bir neçə pilotsuz uçuş aparatı və bir raket buraxıb.
"Ötən gecə biz onlara çox güclü zərbələr endirdik. Bu gecə biz yenidən ağır zərbə endirə bilərik. Mən kiçik bir xəbərdarlıq edəcəyəm. Görək hər şey necə olacaq", - ABŞ Prezidenti deyib.
Oxşar xəbərlər
Almaniya Kansleri: Azərbaycan iqtisadi baxımdan çox maraqlı perspektivlər təqdim edir
Azərbaycan bizim üçün mühüm rol oynayır və iqtisadi baxımdan da çox maraqlı perspektivlər təqdim edir. BAKU.WS xəbər verir ki, bu sözləri Almaniyanın Federal Ka...