Ərdoğan: "ABŞ sanksiyaları artıq Türkiyə üçün problem deyil"
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-nin Türkiyəyə qarşı tətbiq etdiyi sanksiyaların artıq Ankara üçün problem yaratmadığını bildirib.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə "RIA Novosti" agentliyi məlumat yayıb.
ABŞ Prezidenti Donald Tramp isə öz növbəsində qeyd edib ki, Vaşinqton Türkiyəyə qarşı sanksiyaları ləğv edəcək, çünki ABŞ dost ölkələrə qarşı məhdudlaşdırıcı tədbirlərin tətbiqində maraqlı deyil.
"ABŞ-nin Türkiyəyə qarşı tətbiq etdiyi sanksiyalar faktiki olaraq aradan qaldırılıb. Bu, artıq bizim üçün problem deyil", - deyə Ərdoğan iyulun 8-də keçirdiyi mətbuat konfransında bildirib.
Xatırladaq ki, Türkiyə 2019-cu ildə Rusiyadan "S-400" zenit-raket kompleksləri aldıqdan sonra "F-35" proqramından çıxarılmışdı. Daha sonra ABŞ rəsmi Ankara ilə bağlı CAATSA ("ABŞ-nin sanksiyalar vasitəsilə rəqiblərinə qarşı mübarizə haqqında" qanun) çərçivəsində məhdudlaşdırıcı tədbirlər tətbiq etmişdi.
Oxşar xəbərlər
İlyas Yalçıntaş, Sıla və bir sıra məşhur SAXLANILDI
Türkiyənin Bakırköy Cumhuriyyət Baş Prokurorluğu narkotiklərlə mübarizə çərçivəsində 25 nəfər barəsində saxlanılma qərarı verib. Şübhəlilər arasında sənətçi, ak...