Yasamal rayonunda başlayan güclü yanğın söndürülüb
Yeniliklərdən dərhal xəbərdar olun
Bakının Yasamal rayonunda başlayan güclü yanğın söndürülüb.
BAKU.WS-in əldə etdiyi məlumata görə, yanğınsöndürənlər tərəfindən həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində ikimərtəbəli yaşayış evində baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
***22:28
Bakının Yasamal rayonunda güclü yanğın başlayıb.
Bu barədə hadisə şahidləri BAKU.WS-in "qaynar xətti"nə məlumat veriblər.
Hadisə ilə bağlı Fövqəladə Hallar Nazirliyindən BAKU.WS-ə bildirilib ki, Bakı şəhəri, Yasamal rayonu, Lev Tolstoy küçəsində yerləşən yaşayış evində yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.
Qeyd edək ki, yanğın ərazisinə polis qüvvələri də cəlb edilib və ətrafda təhlükəsizlik gücləndirilib.
Oxşar xəbərlər
Həkimin öldü dediyi körpə morqda 4 saat sağ qalıb
ABŞ-nin Arizona ştatında hovuzda boğulma təhlükəsi keçirən 18 aylıq körpə həkimin səhlənkarlığı nəticəsində ölü elan edilərək morqa aparılıb. Körpənin təxminən...