ABŞ Ukraynaya "Patriot" sistemlərinin istehsalı üçün lisenziya verəcək
Yeniliklərdən dərhal xəbərdar olun
ABŞ Ukraynaya "Patriot" zenit-raket komplekslərinin istehsalı üçün lisenziya verəcək.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp Ankarada keçirilən NATO sammiti çərçivəsində Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşü zamanı bildirib.
"Biz sizə "Patriot" istehsalı üçün lisenziya verəcəyik. Bu, kifayət qədər yaxşı fürsətdir", - deyə Tramp qeyd edib.
Bununla yanaşı, ABŞ Prezidenti yaxın vaxtlarda Ukraynaya birbaşa "Patriot" kompleksləri üçün hazır raketlərin tədarük edilməsi ehtimalını faktiki olaraq istisna edib. O, bu silahların hazırda ABŞ-nin öz müdafiəsi üçün də zəruri olduğunu vurğulayıb:
"Bizdə "Patriot" var, lakin onların sayı çox deyil. Həmin silahlar özümüzə də lazımdır".
Oxşar xəbərlər
FES uçot dərəcəsini 4 % səviyyəsində saxlayıb
ABŞ-nin Federal Ehtiyat Sistemi (FES) Vaşinqton administrasiyasının tələbinə uyğun olaraq uçot dərəcəsini azaltmayıb. BAKU.WS "Report"a istinadən xəbər verir ki...