SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Azərbaycan prezidenti İlham Əliyev Türkiyəyə səfər edəcək.
 
BAKU.WS-in məlumatına görə, Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının Bakıda keçiriləcəyi planlaşdırılsa da, terror hadisəsinin baş verməsindən sonra Ərdoğanın Bakı səfəri ləğv edilib. Ancaq sonradan edilən bir təklifə əsasən toplantının Ankarada keçirilməsi qərarı alınıb. 
 
Prezident qaynaqlarından əldə edilən məlumata görə, toplantının yerinin dəyişdirilməsi qərarı Azərbaycan prezidenti İlham Əliyevdən gəlib. Prezident Ərdoğan isə terrorla mübarizə mövzusunda Türkiyə ilə həmrəylik sərgiləmə çərçivəsində edilən bu təklifi qəbul edərək bu jestə görə İlham Əliyevə təşəkkürlərini bildirib. 

Ankarada 17 fevral tarixində baş verən terror hadisəsi zamanı da Ərdoğanın Azərbaycana səfəri ləğv edilib. 

Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclasında "Şah Dəniz 2" qaz layihəsi və Xəzərin cənubundakı digər sahələrdə istehsal olunan təbii qazın əvvəlcə Türkiyəyə, sonra Avropaya daşınmasını hədəfləyən Trans Anadolu qaz boru xətti (TANAP) layihəsinin sürətləndirilməsi gündəmə gələcək.

Şahin Həbibov
BAKU.WS