Naxçıvanda komandir hazırlığı sistemində məşğələlər keçirilib

“Naxçıvan Qarnizonu Qoşunlarının 2020-ci tədris ilinə uzlaşma planı”na əsasən tabor, divizion komandirləri və müavinləri ilə komandir hazırlığı sistemində məşğələlər keçirilib.
Əlahiddə Ümumqoşun Ordunun mətbuat xidmətindən BAKU.WS-ə bildirilib ki, komandir hazırlığı məşğələlərində əsas diqqət zabitlərin əməliyyat hazırlığına və bölmələrin idarə edilməsində praktiki vərdişlərinin təkmilləşdirilməsinə yönəldilib.
Tabor, divizion komandirləri və müavinlərinə əməliyyat-taktiki hesablamaların aparılmasının qoşunların fəaliyyətinin planlaşdırılmasında və qərarın qəbul edilməsində vacibliyi göstərilib.
Zabitlər bölmələrin və atəşin idarəolunması üzrə keçirilən göstərici taktiki təlimdə iştirak ediblər.
Oxşar xəbərlər
Naxçıvan Qarnizonu Qoşunlarında komanda-qərargah təlimi başa çatıb - VİDEO
“Naxçıvan Qarnizonu Qoşunlarının 2020-ci tədris ilinə uzlaşma planı”na əsasən keçirilən komanda-qərargah təlimi başa çatıb. Müdafiə Nazirliyindən BAKU.WS-ə veri...
