13,99%-dən ZAMİNSİZ, KOMİSSİYASIZ NAĞD KREDİT

 

Fələstin dövlətinin prezidenti Mahmud Abbas Fələstinin Azadlığı Təşkilatı (FAT) icraiyyə komitəsinin rəhbəri postundan istefa verib. Bu barədə Maan agentliyi məlumat yayıb.

M.Abbas bu postu Yaxın Şərq nizamlanmasının iflasa uğramasına etiraz əlaməti olaraq tərk edir. O öz qərarını Fələstin rəhbərliyinin İordan çayının qərb sahilindəki Pamallah şəhərində keçirilən iclasında elan edib.

Mahmud Abbasın istefası avtomatik olaraq Fələstin Milli Şurasının fövqəladə sessiyasının keçirilməsinə yol açır. Həmin sessiyada FAT icraiyyə komitəsinin18 nəfərdən ibarət yeni tərkibi seçilməlidir.

Fələstin Milli Şurası FAT-ın ali orqanıdır. Onun tərkibinə həm mühacirətdə olan fələstinlilərin, həm də muxtar rayonların əhalisinin təmsilçisi olan 740 nəfər daxildir.
 
AZƏRTAC
BAKU.WS