Azərbaycanda tarixi abidəni otelə çevirirlər (VİDEO)

Azərbaycanda tarixi abidəni otelə çevirirlər (VİDEO)
Video
Sosial 1112

 

Gəncədə bir sıra tarixi memarlıq abidələrinin restavtrasiyası davam edir. Yenidən bərpa olunan tikililər arasında Şah Abbas Karvansarası da var. Bu tikili öz unikal memarlıq üslubu ilə seçilir. Bərpa işləri başa çatdıqdan sonra tikilinin otel kimi istifadə olunması nəzərdə tutulur.

ANS TV-nin məlumatına görə, şəhərin mərkəzində yerləşən Şah Abbas Karvansarasında artıq 4 ildir ki, bərpa işləri aparılır. Abidədə əsas tikinti və bərkitmə işləri yekunlaşıb. Hazırda isə tikilinin içərisinin restavrasiyası aparılır.

Bərpa tikinti işlərində Şəkidə istehsal olunan 1 milyon ədəd qırmızı kərpic istifadə olunub. İş icraçısı tikintidə 17-ci əsrdə olduğu kimi əsasən əhəng və qum qarışından istifadə olunduğunu deyir.

"Binanın fasad hissəsi təmir-bərpadan əvvəl tikişlərin bəndkeş olunduqdan sonra, xüsusi şəffaf maye ilə izolasiya olundu, atmosfer təzyiqinə qarşı. Daxili divarlar yenə də xüsusi məhlul ilə tamamlama işləri vaxtı boyanacaq ki, kərpicin rənginə xələl gətirmədən. Qorunsun, ömrü uzun olsun”, - deyə iş icraçısı Şakir Əliyev bildirib.

Sovet vaxtında bir neçə dəfə lazımsız bərpaya məruz qalan karvansaranın tarixiliyini qorumaq məqsədilə yardımcı tikililər sökülüb. Bərpa işləri başa çatdıqdan və istifadəyə verildikdən sonra karvansara otel kimi fəaliyyət göstərəcək.

Tarixi abidənin restavrasiyası zamanı bir çox maraqlı məqamlara da rast gəlinib. Belə ki, müasir döşəməaltı istilik sistemlərinin ilkin variantı - əsası sayıla biləcək yeraltı istilikxanalar da bu karvansarada aşkar olunub. Bu ondan irəli gəlir ki, Azərbaycan memarları və konstruktorları görünür hələ o vaxt dərin memari biliklərə sahib olublar.

Memarı Şeyx Bahəddin İsfani olan abidənin konstruktorları azərbaycanlılar olub. 

17-ci əsrin incisi olan bu karvansaradan eyni əsrin yadigarları şəhər mərkəzindəki "Çökək” hamama və Şah Abbah məscidinə yeraltı yollar olub. Lakin müasir binaların tikintisi zamanı bu yolların əksəriyyəti dağılıb.

BAKU.WS

Oxşar xəbərlər

Paytaxtın mərkəzi küçəsində təmir yekunlaşdı (FOTO, VİDEO)

Paytaxtın mərkəzi küçəsində təmir yekunlaşdı (FOTO, VİDEO)

Paytaxtın Babək və Nobel prospektlərini birləşdirən Nəcəfqulu Rəfiyev küçəsində aparılan təmir-tikinti işləri tam olaraq yekunlaşıb. Artıq yenilənmiş küçədə nəq...

1110 Sosial 15:56 20 avqust 2015

Son xəbərlər