79 yaşında ata olan Robert De Niro: “Ağır yük qaldırmıram amma sevgilimə dəstək oluram” - FOTO
79 yaşında 7-ci dəfə ata olan məşhur aktyor Robert De Niro ilk dəfə yeni doğulan körpəsindən danışıb.
BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, o "The Guardian"a müsahibəsində körpəyə baxmağın çətin olduğunu bu səbəblə də bunu uşağının anası 45 yaşlı Tiffani Çene həvalə etdiyini bildirib:
"Həyatda uşaq sahibi olmaq heç vaxt asan iş olmadı. Amma bu vacib deyil. Ağır yükü mən qaldırmıram amma yenə də ordayam. Sevgilimə dəstək oluram. O bu işin öhdəsindən gəlir, əlavə kömək edənlər də olur. Təbii ki, artıq mənim yaşımda ölüm haqqında fikirləşirsən. Bu düşüncələr məni dayandıra bilməz amma bunu fərqindəyəm. Həyat qısadır. Yaxın iki il ərzində etməyi düşündüyüm hər nə varsa gərək indilərdə edim".
Qeyd edək ki, aktyorun 7-ci övladı hazırda 6 aylıqdır. De Niro ona Ciya adını verib.
Qalereya
Oxşar xəbərlər
Qızı ölü doğuldu, sevgilisini qəzada itirdi, lüks avtomobili və malikanəsi olmayan - KİANU RİVZİN HƏYATI - FOTO
"John Wick" və "Matrix" filmlərinin baş rol ifaçısı aktyor Kianu Rivz haqqında bilinməyən faktlar ortaya çıxıb. BAKU.WS məşhur aktyorla bağlı sözügedən məlumat...