Robert De Nironun 19 yaşlı nəvəsi qəfil vəfat etdi - FOTO
Məşhur aktyor Robert De Nironun ailəsinə ağır itki üz verib.
BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, onun 19 yaşlı nəvəsi Leandro De Niro Rodriguez dünyasını dəyişib.
Bu barədə Leandronun anası Drena De Niro məlumat yayıb:
"Mənim gözəl və şirin mələyim. Səni bətnimdə hiss etdiyim andan etibarən ən gözəl duyğularla sevdim. Sevincim oldun. Ürəyimdə və həyatımda hər zaman ən saf və ən təmiz olan sən idin. Sənsiz necə yaşamaq olar bilmirəm, amma yaşayacağam. Ana olarkən mənə hiss etdirdiyin o sevgini yaşatmağa çalışacağam".
79 yaşlı De Nironun 19 yaşlı nəvəsinin ani ölümünün səbəbi isə hələ ki, açıqlanmayıb.
Oxşar xəbərlər
Tanınmış aktyorun 94 yaşlı musiqiçi atası vəfat etdi - FOTO
Məşhur aktyor Spayk Liyə (Şelton Cekson Spayk Li) ağır itki üz verib. BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, onun 94 yaşlı musiqiçi atası Bill Li dünya...