VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

MSK sədri qeyd edib ki, parlament seçkilərində 95 nəfər namizədliyini geri götürərək mübarizəni dayandırıb.

***13:45

Azərbaycanda 2020-ci ilin fevralın 9-na təyin edilmiş növbədənkənar parlament seçkilərində iştirak etmək üçün 2431 nəfər müraciət edib.

BAKU.WS-in Mərkəzi Seçki Komissiyasının (MSK) saytına istinadən verdiyi məlumata görə, indiyə qədər 1542 nəfərin deputatlığa namizədliyi qeydə alınıb.

Xatırladaq ki, MSK sədri Məzahir Pənahov MSK-nın yanvarın 19-da keçirilən iclasında 1560 nəfərin deputatlığa namizədliyinin qeydə alındığını bildirmişdi. Beləliklə, ötən 2 gün ərzində 18 nəfər deputatlığa namizədliyini geri götürüb.

BAKU.WS