SİZİN REKLAM BURADA!
055 213 76 73


Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Ə.V.Musayevin 3-cü dərəcəli “Əmək” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

BAKU.WS xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb. 

Sərəncamda belə deyilir:

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə Əlişir Veys oğlu Musayev 3-cü dərəcəli “Əmək” ordeni ilə təltif edilsin".

BAKU.WS