SİZİN REKLAM BURADA!
055 213 76 73


Azərbaycan Respublikası Prezidenti İlham Əliyev V.V.Novruzovun Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında sərəncam imzalayıb. 

BAKU.WS xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb. 

Sərəncamda belə deyilir:

"Azərbaycan Respublikası Konstitusiyasının 124-cü maddəsinin II hissəsini rəhbər tutaraq qərara alıram:

Vüqar Vahid oğlu Novruzov Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilsin".

Qeyd edək ki, Vüqar Novruzov bunadək Bakı şəhər Xətai rayon icra başçısının müavini vəzifəsini daşıyırdı. 

BAKU.WS