Prezident deputatı icra başçısı təyin etdi - SƏRƏNCAM
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rüstəm Gülabba oğlu Xəlilovun Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında sərəncam imzalayıb.
BAKU.WS xəbər verir ki, sərəncamda deyilir:
"Azərbaycan Respublikası Konstitusiyasının 124-cü maddəsinin II hissəsini rəhbər tutaraq qərara alıram:
Rüstəm Gülabba oğlu Xəlilov Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı təyin edilsin".
Qeyd edək ki, Rüstəm Xəlilov 2005-ci ildən 64 saylı Sabirabad ikinci seçki dairəsindən Milli Məclisin üzvü seçilib.
Milli Məclisin Regional Məsələlər Komitəsi yanında yaradılan İşçi qrupunun rəhbəri kimiçoxsaylı təkliflərin müəllifidir.
Oxşar xəbərlər
Prezidentin icra başçısı təyin etdiyi Rüstəm Xəlilov kimdir? - DOSYE
Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rüstəm Gülabba oğlu Xəlilovu Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı təyin edib....