SİZİN REKLAM BURADA!
055 213 76 73


Bloqqer Mehman Hüseynov bələdiyyə seçkilərində iştirak etmək üçün namizədliyini irəli sürüb.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb. 

O, Qaraçuxur bələdiyyəsinə namizədliyini irəli sürüb və noyabrın 7-də 31 saylı Suraxanı İkinci Dairə Seçki Komissiyasından imza vərəqələrini götürüb. 

M.Hüseynov sabahdan imzatoplama kampaniyasına başlayacağını da açıqlayıb.

Qeyd edək ki, 2019-cu il dekabrın 23-də Azərbaycanda bələdiyyə seçkiləri keçiriləcək. 
BAKU.WS