055 213 76 73
BAKU.WS Oxu.Az-a istinadla xəbər verir ki, Adnan Əhmədzadə SOCAR-ın Sərmayələr və marketinq üzrə vitse-prezidentinin müavini vəzifəsinə təyin edilib.
Adil Vəliyev isə Marketinq və İqtisadi Əməliyyatlar İdarəsinin müdiri vəzifəsinə gətirilib.
Xatırladaq ki, Adnan Əhmədzadə bundan əvvəl Marketinq və İqtisadi Əməliyyatlar İdarəsinin rəisi vəzifəsində çalışırdı.
Adnan Əhmədzadə
Adil Vəliyevə gəlincə, o, 1980-ci ildə Bakıda anadan olub. O, Azərbaycan Dövlət Neft Akademiyasını “Neft və qaz emalı” üzrə magistr pilləsini fərqlənmə diplomu ilə bitirib.
Adil Vəliyev
2003-cü ildən SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsində işləyir, 2010-cu ildən İdarənin İxrac əməliyyatları departamentinin rəis müavini vəzifəsində çalışıb.
BAKU.WS