SİZİN REKLAM BURADA!
055 213 76 73


Bu gün Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib. 

BAKU.WS-in məlumatına görə, dövlət başçıları Azərbaycanla Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurlu inkişafından məmnunluq bildirib, əlaqələrimizin bundan sonra da möhkəmlənəcəyinə əminliklərini ifadə ediblər. 

Azərbaycan və Türkiyə Prezidentləri ikitərəfli münasibətlərin perspektivlərini və qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər. 
BAKU.WS