SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Bu gün prezident İlham Əliyevin sərəncamı ilə rabitə və yüksək texnologiyalar naziri postuna Ramin Quluzadə təyin edilib.
  
BAKU.WS-in məlumatına görə, yeni nazir Ramin Quluzadə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə təyin olunana qədər Heydər Əliyev Fondunda İşlər departmentinin direktoru vəzifəsində çalışıb. 2004-cü ildən Fondda fəaliyyət göstərən Ramin Quluzadə bu qurumun təşkilati işlərində, respublika daxilində və xarici ölkələrdə sosial, humanitar layihələrin həyata keçirilməsində iştirak edib.

Ramin Quluzadə Azərbaycan Prezidentinin 2014-cü ildə imzaladığı Sərəncama əsasən Heydər Əliyev irsinin qorunması və təbliğində səmərəli fəaliyyətinə görə "Tərəqqi” medalı ilə təltif edilib.

1977-ci ildə Bakı şəhərində anadan olub. 1999-cu ildə Azərbaycan Dövlət İqtisad Universitetini magist dərəcəsi ilə bitirib. Ailəlidir, 2 övladı var.
 
BAKU.WS