İlham Əliyev 2016-cı ilin Azərbaycanda “Multikulturalizm ili” elan edilməsi haqqında sərəncam imzalayıb

İlham Əliyev 2016-cı ilin Azərbaycanda “Multikulturalizm ili” elan edilməsi haqqında sərəncam imzalayıb
Siyasət 1515

  2016-cı ilin Azərbaycan Respublikasında "Multikulturalizm ili” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Sərəncam imzalayıb. BAKU.WS-in məlumatına görə, sərəncam Azərbaycanda multikulturalizm ənənələrinin qorunub saxlanması, daha da inkişaf etdirilməsi və geniş təbliğ olunması məqsədi ilə imzalanıb. "2016-cı il Azərbaycan Respublikasında "Multikulturalizm ili” elan edilsin. Azərbaycan Respublikasının Nazirlər Kabineti Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Azərbaycan Milli Elmlər Akademiyasının təkliflərini nəzərə alaraq, 2016-cı ilin Azərbaycan Respublikasında "Multikulturalizm ili” elan edilməsinə dair tədbirlər planını bir ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin”, - deyə sərəncamda deyilir.

 

BAKU.WS

Oxşar xəbərlər

İlham Əliyev yol çəkilişi üçün 1,1 milyon manat ayırdı

İlham Əliyev yol çəkilişi üçün 1,1 milyon manat ayırdı

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev yeni sərəncam imzalayıb. BAKU.WS-in məlumatına görə, sərəncam İmişli rayonunun Sarıxanlı-Boşçalılar-Cəfərli-Əli...

2080 İqtisadiyyat 09:37 09 yanvar 2016

Son xəbərlər