SİZİN REKLAM BURADA!
055 213 76 73



Azərbaycan və Ermənistan xarici İşlər nazirləri arasında ayaqüstü görüş olub.

Bu barədə Ermənistan XİN-in mətbuat katibi Tiqran Balayan “Twitter”səhifəsində yazıb.

Nazirlərin ilk görüşündən foto paylaşan T.Balayan, “Ermənistan XİN başçısı Zöhrab Mnaçakanyan həmkarları ilə, eləcə də Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovla görüşüb, ünsiyyət qurur”, şərhini əlavə edib.

Qeyd edək ki, E. Məmmədyarov "Şərq Tərəfdaşlığı" ölkələri xarici işlər nazirlərinin qeyri-rəsmi görüşündə iştirak etmək üçün Belarusun paytaxtı Minsk şəhərində səfərdədir.

BAKU.WS