SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Rusiya ilə Türkiyə arasında Su-24 təyyarəsinin vurulmasından sonra yaranan münaqişə yeni çalarlar almağa başlayıb. 

BAKU.WS-in məlumatına görə, artıq Kommersant qəzeti başda olmaq Rusiyanın nüfuzlu KİV-ləri Türkiyə ilə bağlı yeni iddia ortaya atıblar. İddiaya görə, Türkiyə tərəfi Su-24 təyyarəsini vurmasından sonra nəinki geri çəkilmək, hətta Rusiya ilə münasibətləri bir az da gərginləşdirmək niyyətindədir. Rusiyanın "erməni soyqırımı”nı tanıyacağıq hədəsindən sonra Türkiyədən dərhal reaksiya gəlib. Türkiyə baş naziri Davutoğlu  Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarının azad edilməsi üçün hər bir dəstəyi verəcəklərini bildirib. Rusiya KİV Türkiyə xarici işlər naziri Mövlut Çavuşoğlunun məhz bu səbəbə Bakıya gəldiyini iddia edir. 

Qeyd edək ki, Türkiyə tərəfinin Rusiyanın Su-24 təyyarəsini vurmasından sonra iki ölkə arasında münasibətlər xeyli gərilib. Hər iki tərəfin dövlət başçıları bir-birlərinin ünvanına sərt sözlər səsləndirirlər. Rusiya prezidenti Vladimir Putinin Ərdoğandan təyyarənin vurulmasından sonra üzr gözləməsi açıqlamasının ardından Türkiyə prezidenti də sərt bəyanat səsləndirib. O, bildirib ki, üzr istəməli tərəf varsa o da Türkiyənin hava məkanını pozan tərəfdir. Ümumiyyətlə indiyədək münasibətləri xeyli yaxşı olan Ərdoğan və Putinin bundan sonra atacaqları addım xeyli maraq doğurur. Region üçün son dərəcə əhəmiyyətli olan iki dövlət başçısının bundan sonrakı siyasi manevrləri dünyada da böyük intizarla gözlənilir. Qərb Türkiyəni Rusiyanın regionda dominantlığına son qoya biləcək yeganə tərəf kimi görür. Görəsən Türkiyə bu yükü çiyninə götürə biləcəkmi? Daha doğrusu çiyninə götürməyə artıq başladığı bu ağır yükü çəkə biləcəkmi? Sualın cavabı hər kəs üçün maraqlıdır. Gözləyək. 
 
Azad Əliyev 
BAKU.WS