13,99%-dən ZAMİNSİZ, KOMİSSİYASIZ NAĞD KREDİT

 
Rusiya prezidenti Türkiyə-Suriya sərhəddində vurulan hərbi təyyarə ilə bağlı açıqlama verib.
 
BAKU.WS-in məlumatına görə, Putin Türkiyəni terrorçulara dəstək verməkdə ittiham edib. Rusiya Federasiyası prezidenti bildirib ki, Su-24-ün vurulması Rusiyaya arxadan zərbədir. 
 
"Bu hadisə terrorizmlə adi mübarizə çərçivəsindən kənara çıxır. Əlbəttə, bizim hərbçilərimiz öz həyatını terrorla mübarizədə qəhrəmancasına fəda edir və mübarizə aparırlar. Hərbi təyyarənin vurulması terrora dəstəkdir. Mən bu gün baş verən hadisəni başqa cür xarakterizə edə bilmərəm", — deyə Putin söyləyib.
 
Xatırladaq ki, bu gün Rusiya Hərbi Hava Qüvvələrinə məxsus olduğu iddia edilən SU-24 qırıcı təyyarəsi Türkiyə ilə sərhəddə vurulub. Türkiyəyə məxsus F-16-ların hava məkanını pozan hərbi təyyarəni Suriya sərhədindəki Kızıldağ bölgəsində vurub. 
 
Rusiya döyüş təyyarələri bir müddətdir ki, türkmənləri də hədəf alan hava hücumları təşkil edir. Rusiya bölgədə daha çox Su-30 və Su-24 tipli təyyarələr istifadə edir. Bu təyyarələr nisbətən köhnə olan Miq-23-lərlə müqayisədə daha inkişaf etmiş texnologiyalarla təchiz edilib. 
 
Şahin Həbibov
BAKU.WS