Britaniyada istilər səbəbindən yeddi nəfər suda boğulub
Yeniliklərdən dərhal xəbərdar olun
Böyük Britaniyada həftəsonu anomal istilər səbəbindən iki nəfər - 15 yaşlı oğlan və 55 yaşlı qadın ölüb.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, cəmi bir həftə ərzində yeddi nəfər su hövzələrində boğulub.
Qəzet bildirib ki, Böyük Mançesterdəki Kovberi su anbarında üzən yeniyetmə itkin düşüb. Polis daha sonra onun cəsədini tapıb. Elə həmin gün bir qadın Qərbi Midlendsdəki bir kənd parkındakı hovuzda üzərkən boğulub.
Son günlərdə 13 və 15 yaşlarında iki yeniyetmə və 22-69 yaşlarında üç kişi də göllərdə, çaylarda və dənizdə üzərkən boğulub.
Oxşar xəbərlər
Balıq tutmaq üçün qurd axtaran cütlük 24 min gümüş sikkə tapıb
İsveçdə balıq tutmaq üçün torpaqda qurd axtaran cütlük təsadüfən böyük tarixi xəzinə aşkar edib. Tapıntılar arasında 24 min 100 gümüş sikkə və 144 tarixi əşya v...