Andrea Boçelliyə məxsus villadan 500 min avroluq oğurluq edildi

Andrea Boçelliyə məxsus villadan 500 min avroluq oğurluq edildi
Digər 14

İtaliyanın Toskana vilayətində yerləşən tanınmış Forte-dei-Marmi kurort qəsəbəsində italiyalı tenor Andrea Boçellinin ailəsinə məxsus villa qarət olunub.

BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, cinayətkarların ələ keçirdiyi əmlakın dəyəri 500 min avro məbləğində qiymətləndirilir.

Qeyd olunub ki, oğurluq zamanı evdə heç kim olmayıb. Villa həmin vaxt amerikalı turist ailəsinə müvəqqəti olaraq kirayəyə verilib.

Cinayətkarlar zinət əşyalarını, bahalı saatları, brend çantaları və nağd pulu aparıblar. Araşdırmaya başlayan polis müəyyən edib ki, ev mühafizəyə verilməyib və siqnalizasiya söndürülüb.

Bildirilir ki, görmə qabiliyyəti olmayan tenorun ailəsinə həmin ərazidə bir neçə daşınmaz əmlak məxsusdur. Evlərin bir hissəsi yay mövsümündə varlı turistlərə kirayəyə verilir.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər