Nərimanov rayonunda qanlı dava: İki ayağından bıçaqlandı
28
iyn
2026
13:44
Bakının Nərimanov rayonunda dava zamanı 37 yaşlı şəxs bıçaq xəsarətləri alıb.
BAKU.WS "Teleqraf"a istinadən xəbər verir ki, hadisə Əliəşrəf Əlizadə küçəsində, Elm və Təhsil Nazirliyinin binasının qarşısında qeydə alınıb.
Belə ki, Zaqatala rayon sakini, 1989-cu il təvəllüdlü Şəhriyar Zakir oğlu Ramazanov küçədə tanımadığı şəxsin hücumuna məruz qalıb.
Hücum zamanı hər iki ayağından bıçaq xəsarəti alan Ş.Ramazanov dərhal xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Ağdərədə mikroavtobusla minik avtomobili toqquşub: Xeyli sayda yaralı var
Ağdərə rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. BAKU.WS APA-ya istinadən bildirir ki, "Mercedes" markalı mikroavtobus "Niva" markalı minik avtomobili il...