Murad Fətiyev Sindao Qran-Prisinin bürünc medalını qazanıb
Yeniliklərdən dərhal xəbərdar olun
Çinin Sindao şəhərində keçirilən cüdo üzrə Qran-Pri turnirində Azərbaycan millisinin üzvü Murad Fətiyev bürünc medal qazanıb.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, 90 kq çəki dərəcəsində çıxış edən cüdoçu üçüncü yer uğrunda görüşdə Qırğızıstan təmsilçisi Erjan Kanatbekovu məğlub edib.
Bununla da Azərbaycan yığması turniri 1 qızıl və 3 bürünc medalla başa vurub. Daha əvvəl Zelim Tçkayev (81 kq) qızıl, Əhməd Yusifov (60 kq) və Hidayət Heydərov (73 kq) isə bürünc medal əldə etmişdilər.
57 ölkənin təmsil olunduğu yarışda Azərbaycan millisi ümumi komanda hesabında dördüncü, kişilər arasında isə üçüncü yeri tutub.
Oxşar xəbərlər
Sumqayıtda cüdo üzrə Abşeron-Xızı birinciliyi təşkil olunacaq
Oktyabrın 30-da Sumqayıt Olimpiya İdman Kompleksində U-20 gənclər arasında cüdo üzrə Abşeron-Xızı birinciliyi təşkil olunacaq. Bu barədə BAKU.WS-ə Azərbaycan Cü...