Azərbaycan XİN Səudiyyə Ərəbistanına başsağlığı verib
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Səudiyyə Ərəbistanının Ras Tanura bölgəsində 14 nəfərin həyatını itirməsi ilə nəticələnən helikopter qəzası ilə əlaqədar başsağlığı verib.
BAKU.WS xəbər verir ki, bu barədə Azərbaycan XİN "X" sosial şəbəkəsində paylaşım edib.
"Ras Tanurada 14 nəfərin həyatına son qoyan faciəvi helikopter qəzası bizi dərindən kədərləndirib. Həlak olanların ailələrinə, eləcə də Səudiyyə Ərəbistanı Krallığının hökumətinə və xalqına dərin hüznlə başsağlığı veririk", - paylaşımda bildirilib.
Xatırladaq ki, Səudiyyə Ərəbistanının Ras Tanura şəhərində "Saudi Aramco" şirkətinə məxsus helikopterin qəzaya uğraması nəticəsində azı 14 nəfər həlak olub.
Oxşar xəbərlər
Azərbaycan və Hindistan XİN başçılarının təkbətək görüşü başlayıb
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Hindistanın xarici işlər naziri Subrahmanyam Cayşankarı qarşılayıb. BAKU.WS xəbər verir ki, bu barədə Xarici İş...