SİZİN REKLAM BURADA!
055 213 76 73



Azərbaycan Prezidenti İlham Əliyev gürcüstanlı həmkarı Giorgi Marqvelaşviliyə başsağlığı məktubu ünvanlayıb.

BAKU.WS xəbər verir ki, Tkibuli bölgəsində yerləşən kömür mədənində baş vermiş uçqunla bağlı məktubda deyilir:

"Hörmətli cənab Prezident,

Tkibuli bölgəsində yerləşən kömür mədənində baş vermiş uçqun nəticəsində insan tələfatı və yaralananlar barədə xəbərdən olduqca kədərləndim.

Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Gürcüstan xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananların tezliklə sağalmasını arzulayıram".

BAKU.WS