SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Prezident İlham Əliyevin Azərbaycan Respublikasının rabitə və yüksək texnologiyalar naziri Əli Abbasovun vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalaması Türkiyə mətbuatında geniş işıqlandırılıb.
 
BAKU.WS-in məlumatına görə, Türkiyənin nüfuzlu nəşrləri bu xəbəri öz oxucularına "Azerbaycanda bir ayda ikinci bakan görevden aləndı", "Aliyev Teknoloji bakanını görevden aldı" kimi başlıqlarla çatdırıblar. 
 
Türkiyə mətbuatında nəşr olunan yazılarda nazirin hansı səbəbdən vəzifəsindən uzaqlaşdırıldığının bilinmədiyi vurğulandı. 
 
Xatırladaq ki, ötən gün prezidentin sərəncamı ilə Əli Abbasov rabitə və yüksək texnologiyalar naziri postundan kənarlaşdırılıb. Prezidentin sərəncamında deyilir:
 
"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 5-ci bəndini rəhbər tutaraq qərara alıram: Əli Məmməd oğlu Abbasov Azərbaycan Respublikasının rabitə və yüksək texnologiyalar naziri vəzifəsindən azad edilsin".
 
Şahin Həbibov
BAKU.WS