Bakıda, Heydər Əliyev Mərkəzində hakim Yeni Azərbaycan Partiyasının (YAP) qurultayı keçirilir.

“Report”un xəbərinə görə, bu, YAP-ın VI qurultayıdır.

Qurultayda ötən dövrün hesabatları dinləniləcək, partiyanın rəhbər strukturları yenidən formalaşdırılacaq, habelə, növbədənkənar Prezident seçkilərinə namizəd irəli sürüləcək.

Qeyd edək ki, 1992-ci ildə yaradılan partiyanın sonuncu qurultayı 2013-cü ildə keçirilib. Partiyanın hazırkı sədri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevdir.

BAKU.WS